Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:40

Moldova məhkəməsi səslərin yenidən sayılmasıyla bağlı sorğuya baxacaq


Moldovanın konstitusiya məhkəməsi bu gün səslərin yenidən sayılmasıyla bağlı prezidentin sorğusuna baxacaq.

Ötən bazar Moldovada keçirilmiş parlament seçkilərində kommunistlərin qələbə çaldığı elan edildikdən sonra ölkədə iğtişaş yaranıb.

Müxalifət hakimiyyəti seçkinin nəticələrini saxdalaşdırmaqda, prezident Dimitri Voronin isə qərbpərəst və liberal müxalifəti dövlət çevirilişinə cəhddə günühlandırır.

Parlamentdə yer qazanmış 3 müxalifət partiyası səslərin yenidən sayılmasını yox, ümumiyyətlə yeni seçkilər keçirilməsini tələb edirlər.

Müxalifət liderləri deyirlər ki, hakimiyyət bununla kütləvi seçki pozuntularını ört-bastır eləmək istəyir.

Müxalifət bu gün həbsdə olan tərəfdarlarının azad olunması tələbilə etiraz aksiyasına çıxmağı planlaşdırır.

Onlar Avropa Birliyi, ATƏT və Avropa Şurasını ölkədə keçirilmiş seçkilər və etiraz aksiyalarıyla bağlı araşdırma aparmağa çağırıblar.

Rəsmi məlumatlara görə hazırda 200-ə yaxın müxalifət tərəfdarı həbsdədir.
XS
SM
MD
LG