Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:32

Gürcüstanda parlament binasının önündə növbəti aksiya keçirilib


Tbilisidə prezident Mixeil Saakaşvilinin istefası tələbilə etiraz aksiyası davam edir.

Bu gün bir neçə min adam eyni tələblə parlament binasının önünə yığışıb.

Bir qədər sonra isə müxalifət şəhərdə yürüş keçirməyi planlaşdırır.

Müxalifətçilər dünən yolları bağlayaraq ölkədə vətəndaş itaətsizliyi kompaniyasına başladıqlarını elan ediblər.
Onlar prezident Saakaşvilini demokratik islahatlar aparmamaq və işsizliyin qarşısını ala bilməməkdə, ittiham edirlər.

Müxalifət həmçinin prezidenti Ötən il Rusiyayla müharibədə düzgün addım atmamaqda günahlandırır.

Ötən il Cənubi Osetiyayla münaqişə və bunun ardınca Rusiyayla müharibədən sonra Moskva Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıdı.
XS
SM
MD
LG