Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

«Hətta Qarabağa görə Rusiyapərəst siyasət aparmaq olmaz»


Zərdüşt Əlizadə və Rasim Musabəyov
Zərdüşt Əlizadə və Rasim Musabəyov
«Anti-Türkiyə təbliğatı aparmaq yaramazlıqdır».

Bunu «Panorama» verilişində politoloq Rasim Musabəyov deyib. Ancaq o düşünür ki, prezident İlham Əliyev Türkiyə-Ermənistan sərhədinin açılması istiqamətində aparılan danışıqlara sərt təpki verməkdə haqlıydı.

R. Musabəyov deyir ki, əvvəlcə sərhədi açmaq üçün danışıqlar aparıb, sonra bu prosesi dayandırmaq həm Azərbaycan, həm də Türkiyənin mənafeyinə cavab verir:

«Türkiyə bununla bütün dünyaya nümayiş etdirə bilər ki, o, sərhədlərin açılmasına razıdır. Bunu hər an edə bilər. Ancaq Ermənistan işğalçı siyasətindən əl çəkmir. Onsuz da Türkiyə sərhədi açsa, ona qarşı yeni-yeni şərtlər işə düşəcək…».

R. Musabəyov hesab edir ki, Azərbaycan hökuməti də xarici siyasətində ehtiyatlı olmalıdır. Onun fikrincə, bütün hallarda qəti Rusiyapərəst siyasət aparmaq olmaz:

«Hətta Qarabağ münaqişəsinin həlli hesabına belə gedib Rusiyanın qucağında oturmaq olmaz...».

Politoloq Zərdüşt Əlizadə isə düşünür ki, Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın imkanlarından istifadə etməlidir:

«Azərbaycanla yaxın münasibətlər qurmaq, Orta Asiyanı nəzarətə götürmək Rusiyaya müstəsna üstünlüklər verə bilər. Ancaq Rusiya da Ermənistanı təcavüzkar bir alət kimi istifadə etməkdən əl çəkməlidir…».

Z. Əlizadə deyir ki, əvvəlcə danışıqlar aparıb, sonra sərhədlərin açılmasını təxirə salmaq Türkiyə və Azərbaycanın razılaşdırılmış siyasəti də ola bilər.

Ancaq R. Musabəyov Türkiyə və Azərbaycan hökumətlərinin belə çevik siyasət yeritmələrinə şübhə ilə yanaşır…
XS
SM
MD
LG