Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:44

Avropa Birliyi Moldovanı fundamental azadlıqlara hörmət etməyə çağırıb


Avropa Birliyinin xarici əlaqələr komissarı Benita Ferrero Valdner Moldovada sabitliyin bərpasını alqışlayıb.

Amma o eyni zamanda fundamental azadlıqlara hörmətlə yanaşmağa çağırıb.

Ötən bazar Moldovada keçirilmiş parlament seçkilərində kommunistlərin qələbə çaldığı elan edildikdən sonra ölkədə hərc-mərclik yaranmışdı.

Amnesty İnternational təşkilatı bu gün bir neçə gəncin həbsdə olması və döyülməsinə etiraz bildirib.

Müxalifət onların azad edilməsi tələbilə sabah nümayiş keçirməyi planlaşdırır.

Ölkə prezidenti Vladimir Varonin seçkinin nəticələrini yenidən saymağa çağırıb.
XS
SM
MD
LG