Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Müxalifət seçki siyahılarına ölmüş adamların adının salındığını deyir


Moldovanın konstitusiya məhkəməsi aprelin 5-də keçirilmiş parlament seçkilərinin nəticələrinin yenidən sayılmasıyla bağlı qərar verməlidir.

Səslərin sayılmasını ölkə prezidenti Vladimir Voronin təklif edib.

Bu müxalifətin əsas tələblərindən biriydi.

Amma müxalifətdə olan “ Bizim Moldova ,, alyansının lideri Serafim Urekyan hesab edir ki, hökumət pozuntuları ört-basdır etmək üçün bu addımı atır.

Müxalifət deyir ki, seçki siyahılarına ümumiyyətlə olmayan və ölmüş adamların adları salınıb.

Moldovayla Rusiya parlament seçkilərindən sonra ölkədəki hərc-mərcliyə görə Rumınyanı günahlandırır.

Moldova hökuməti xəbərdarlıq edib ki, əgər ölkədə yenidən hərc-mərclik yaransa güc tətbiq olunacaq.
XS
SM
MD
LG