Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:07

MTRŞ məhkəməyə verilib


MTRŞ birliyin məhkəməyə müraciətini əsassız sayır
Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.

Bu haqda «Azadlıq» radiosuna sözügedən birliyin sədri Elçin Məmməd məlumat verib.

O deyir ki, buna səbəb Şuranın Sumqayıt şəhərində yeni telekanalın açılmasına icazə verməməsidir.

E.Məmməd bildirir ki, 2008-ci ilin noyabr ayında Sumqayıt şəhərində ikinci bir telekanalın açılmasına tezliyin verilməsini istəyən 4587 nəfər şəhər sakininin imzasını toplayıblar. Həmin imzalar Sumqayıtda yeni bir televiziyanın yaradılması ehtiyacını təsdiq edib və MTRŞ-ə təqdim olunub. Ancaq Şura bu imzalara əhəmiyyət verməyib.

E.Məmməd deyir ki, iddia hazırda 1 saylı Bakı İqtisad Məhkəməsində icraata götürülüb. Tələb Sumqayıta televiziya tezliyinin verilməsidir.

Birlik rəhbəri iddianı Avropa Məhkəməsinə qədər aparacaqlarını bildirir.

E.Məmməd MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmlinin regional telekanalların inkişafına bürokratik əngəl yaratdığını deyib:

«2006-cı ildən başlayaraq Azərbaycanın bir sıra bölgələrində yeni telekanalların açılması və lisenziyalaşdırılması məqsədilə Milli Televiziya və Radio Şurası tərəfindən tezliklərin arılması ilə bağlı tender elan edilib. Bu, təqdirəlayiq bir qərar olsa da, ölkənin ən iri şəhərlərindən olan Sumqayıtın tenderdən kənarda qalması təəssüf doğurur. Hazırda Sumqayıt şəhərində yalnız bir telekanal fəaliyyət göstərir ki, bu da yarım milyona yaxın əhalisi olan bir şəhər üçün xeyli aşağı göstəricidir. Bu televiziya Sumqayıt sakinlərinin ehtiyaclanını ödəyə bilmir».

MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli isə «Azadlıq» radiosuna deyib ki, birliyin məhkəməyə müraciəti əsassızdır:

«Televiziya açmaq ərzaq dükanı açmaq deyil ki?! Hər yerindən durana tezlik verə bilmərik. İmzalar hələ tələbatın olması demək deyil və bir təşkilat tələbatı müəyyənləşdirə bilməz».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG