Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:10

Məhbuslara hüquqi yardım göstəriləcək


Yaxın vaxtlarda bir qrup hüquqşünas həbsxanalarda hüquqi yardım aksiyasına başlayacaq. Bu barədə aprelin 10-da Ədliyyə Nazirliyi yanında Penitensiar xidmət üzrə İctimai Komitənin növbəti iclasında qərar verilib.

İctimai komitənin koordinatoru Sahib Məmmədov deyib ki, məqsədləri məhbuslara «hüquq günləri çərçivəsində» vaxtından qabaq azad olma kimi bir sıra hüquqi yardımlar göstərməkdir.

Hüquqi yardım bir sıra ciddi və ümumi rejimli cəzaçəkmə müəssisələrini əhatə edəcək.
XS
SM
MD
LG