Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Liftin şaxtasına yıxılan şəxsi zibilxanaya atdılar


Daxili İşlər Nazirliyi
Şəkinin Kiş kəndinin sakini Bakıda məişət tullantıları atılmış yerdə koma vəziyyətində tapılıb. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda bildirilir ki, üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan 45-50 yaşlı Xanlar Mustafayev Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

DİN-in araşdırmaları zamanı həmin şəxsin «Tac-Mahal» Kooperativi tərəfindən inşa edilmiş 20 mərtəbəli binanın liftinin şaxtasına yıxılması və sonradan kooperativin sədri Ruslan Əkbərovun orda işləyən digər şəxslərlə birgə onu şaxtadan çıxarmaları və izi itirmək məqsədi ilə yaxınlıqdakı məişət tullantıları olan yerə atmaları müəyyən edilib.

Məsələ ilə bağlı aprelin 10-u Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Nəsimi rayon Polis İdarəsinin məsul növbətçisi Rafət Feyziyev «Azadlıq» radiosuna əlavə məlumat verə bilməyəcəklərini bildirib. Onun söözlərinə görə, bu haqda yalnız DİN məlumat verə bilər.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə «Azadlıq» radiosuna deyib ki, araşdırma yeni başladığından hələlik hər hansı yeni məlumat yoxdur.

Kliniki Tibbi Mərkəzdə olan «Azadlıq» radiosunun əməkdaşına Xanlar Mustafayevin reanimasiya şöbəsinə yerləşdirildiyini bildiriblər. Reanimasiya şöbəsindən növbətçi həkimin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır. Beyin travması alıb və danışa bilmir.

Xanlar Mustafayevə baş çəkməyə indiyə qədər heç kim gəlməyib.

Kliniki Tibbi Mərkəzdə o da məlum olub ki, X.Mustafayev orda naməlum şəxs kimi qeydiyyata alınıb. Yalnız onun liftin şaxtasından yıxıldığını izah edəndən sonra bu xəstənin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xəstəxanaya gətirildiyini bildiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG