Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Sərhədsiz Reportyorlar Mirzə Sakitin azad edilməsini alqışlayır


Sərhədsiz Reportyorlar təşkilatı Azadlıq qəzetinin satirik yazarı Mirzə Sakitin amnistiya nəticəsində həbsdən azad edilməsini alqışlayıb.

«Bu, Azərbaycanda - prezident İlham Əliyevin «dəmir əl» ilə idarə etdiyi bir ölkədə mətbuat azadlığının vəziyyətinin xeyli yaxşılaşması deməkdir. Biz keçən aydan Zahidovun azad edilməsini gözləyən ailəsinin, vəkillərinin sevincinə qatılırıq», deyə təşkilatın bəyanatında deyilir.

Sərhədsiz Reportyorlar hakimiyyəti Sakitin qardaşı Qənimət Zahidov da daxil olmaqla, həbsdə qalan digər üç jurnalisti də azad etməyə çağırır.

Sərhədsiz reportyorların indeksinə görə Azərbaycan 173 ölkə arasında mətbuat azadlığının səviyyəsinə görə 150-ci yerdədir.

/Turan/
XS
SM
MD
LG