Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:59

Sahibkarlara aprelin 13-nə kimi vaxt verilib


Binə Ticarət Mərkəzinin sahibkarlarına aprelin 13-nə kimi vaxt verilib ki, dükanlardan çıxsınlar. Bu barədə Azadlıq Radiosuna sahibkarlar məlumat verib. Binə Ticarət Mərkəzinin rəhbərliyi bildirib ki, gələn həftə əraziyə ağır texnika gətiriləcək və aprelin 13-nə kimi ərazini boşaltmasalar obyektlərini sökülmüş görəcəklər.

Yarmarka rəhbərliyi sahibkarlara Qaradağ rayonunda salınmış yeni ticarət mərkəzinə köçməyi təklif edir.

Sökülən mərkəzdə 3 mindən artıq ticarət obyektinin olduğu bildirilir. Sahibkarların sözlərinə görə, köçürülən ticarət mərkəzinin yerində magistral yol çəkiləcək.
XS
SM
MD
LG