Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

СPJ həbsdə olan jurnalistləri azad etməyə çağırır


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi(CPJ) Azərbaycan hökumətini uydurma cinayət ittihamıyla həbs olunmuş jurnalistləri azad etməyə çağırıb.

Komitənin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Oqnianova deyib ki, «Azadlıq qəzetinin satirik yazarı Sakit Zahidov uzun müddətdən sonra azad olunub, ailəsinə və dostlarına qovuşub, hansının ki, cinayəti yalnız öz işini görmək olub».

Komitə həmçinin «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili və qəzetlə əməkdaşlıq edən müstəqil jurnalist Zümrüd Məmmədovanın apelyasiya şikayətinə baxılarkən onların azadlığa buraxılmaları barədə qərar çıxarılmasını alqışlayıb.

Bununla belə Nina Oqnianova deyib ki, «azı dörd jurnalistin həbsdə qalması bu müsbət inkişafa kölgə salır».

Komitə prezident İlham Əliyevi və hökuməti həbsdə olan digər jurnalistləri də təcili azadlığa buraxmağa çağırıb.

Aprelin 9-da iki jurnalist həbsdən azad olunub. Bunlardan «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit martın 17-də qəbul olunan Amnistiya Aktına əsasən buraxılıb. O, narkotik maddə saxlama ittihamı ilə həbs olunmuşdu.

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili isə bir neçə gün öncə şərəf və ləyaqətin təhqir olunması ittihamı ilə 1 illiyinə azadlıqdan məhrum edilmişdi.

Yerli mətbuat xəbər verirdi ki, prezident İlham Əliyev Mərzillinin həbsindən təəssüfləndiyini bildirib.

Prezidentin adından danışan Prezident Aparatının şöbə müdiri Əli Həsənov mediaya bildirib ki, «Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib».
XS
SM
MD
LG