Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Pakistan və Əfqanıstan Amerikadan daha çox kömək gözləyir


Pakistan və Əfqanıstanın Amerikadakı səfirləri prezident Barak Obamanın regionla bağlı yeni strategiyasını alqışlayıblar, ancaq bunun kifayət olmadığını deyiblər.

Pakistanın Amerikadakı nümayəndəsi Hüseyn Hakkani deyib ki, Taliban hərəkatı ilə mübarizə üçün daha çox pul lazımdır.

Əfqanıstan səfiri Səid Cəlili isə təhlükəsizlik qüvvələrinin sayının azı 250 min, polislərin isə 150 min artırılmasına ehtiyac olduğunu deyib.

B. Obama administrasiyası bir müddət əvvəl Pakistana beş ildə 7.5 milyard dollar mülki yardım ayıracaqlarını bildirib.
XS
SM
MD
LG