Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:44

Müxalifət Saakaşvilidən sülh yoluyla hakimiyyəti verməyi tələb elədi


Gürcüstan prezidenti Mixail Saakşvilinin istefası tələbiylə aksiya keçirən müxalifət prezidenti istefaya gedib – xalqa demokratik yola hakimiyyəti dəyişmək şansı verməyə çağırıb. Gürcüstan müxaliftəinin bugünkü mitinqində müxalifət ldierindən David Maqradze müxaliftin ortaq bəyanatını səsləndirib.

"Mixeil Saakaşvili xalqa şans verməlidir ki, rəhbərlərini dinc və konstitusyon yolla dəyişsinlər. Bizə şans verməlidir ki, dünyaya göstərək ki, biz sivil və bir-birinə hörmət eləyən xalqıq. Və biz inanırıq ki, ancaq bu yolla və əvətn sevgisiylə bu börhanı geridə qoyub, azad, demokratik, şəffaf və güclü Gürcüsstan qura bilərik. Tbilisi, Rustaveli meydanı. 9 aprel 2009”.

Bu gün səhərdən Gürcüstanda, Tbilisidə müxalifət prezident Saakaşvilinin istefası tələbiynən aksiyaya başlayıb. Müxtəlif rəqəmlərə görə aksiyada 60 minə yaxın müxalifət tərəfdarı iştirak eləyir. Polis isə aksiyada ancaq 20 min adamın iştirak elədiyini deyib.

Gürcüstanın daxili işlər naziri Vano Merabişvili axşam keçirdiyi mətbuat konfransında 60-a yaxın müxalifət fəalının dünən gecə həbs olunması və bölgələrdən gələn müxalifət tərəfdarlarının Tbilisyə buraxılmaması faktlarını da təkzib eləyib.


Müxalifət Saakaşvilini 2003-cüildə qızılgül inqilıabıyla hakimiyyətə gələndə verdiyi vədləri yerinə yetirməməkdə ittiham eləyirlər.

Aksiyalar Rus qoşunalrının Tblisidəki etirazları yatırtdığı 9 aprel hadisələrinin 20-ci ildönümünə təsadüf eləyir. 1989-cu ildə baş verən hadisələrdə azı 16 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG