Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:31

Rusiya Moldovadakı hadisələri ölkənin suverenliyinə təhlükə sayır


Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kişinyovda Rumıniya lehinə şüarlar və bayraqlarla keçirilən aksiyaların Moldovanın suverenliyinə təhlükə törətməsindən narahatdılar və Avropa Birliyi Moldovanın Rumıniyaya qarşı bu iddialarını araşdırsa yaxşı olar.

Moldova Prezidenti Vladimir Voronin aprelin 8-də ölkədəki zorakılıqla müşaiyyət olunan aksiyaları dövlət çevrilişinə cəhd kimi qiymətləndirmişdi və aksiyaların təşkilində Rumıniyanı ittiham eləmişdi.

Bu açıqlamadan sonra Moldova bir neçə rumın jurnalisti ölkəıdən çıxarıb. Avropa Birliyi isə Moldovanı Rumıniyayla münasibətləri bərpa eləməyə çağırıb.

Moldovada etirazlar bazar günü keçirilən seçkilərdən sonra başlamışdı. polislə müxalifət tərəfdarları arasındakı toqquşmalarda 270 nəfər yaralanıb, 1 nəfər dünyasını dəyişib.

Aprelin 9-da Moldovanın Mərkəzi Seçiki Komissiyası seçkinin rəsmi nəticələrini açıqlayıb. Nəticələrə görə, Prezident Vladimir Voroninin partiyası – Kommunistlər parlamentdə 60 yerə sahib olublar. Bu da Voroninə növbəti müddətə hakimiyyətdə qalmağa imkan verəcək.

Mərkəzi seçki Komissiyasının rəsmi nəticəslərinə görə, 3 əsas müxalifət aprtiyası birlikdə ancaq səslərin 30 faizini qazanıb.

Müxalifətsə seçki siyahılarının tərtibi və səslərin sayılması vaxtı seçkiyə hakimiyyətin müdaxilə elədiyini iddia eləyirdi. Moldovanın Mərkəzi Seçki Komissiyası müxalifə icazə verib ki, seçki siyahıalrının həqiqiliyini yoxlasınlar. Ancaq müxalifətin "səslərin yenidən sayılması" tələbi cavabsız qalıb.
XS
SM
MD
LG