Keçid linkləri

Təcili xəbərlər
2022, 20 Yanvar, Cümə axşamı, Bakı vaxtı 02:34

Türkmənistandan Rusiyaya gedən qaz kəmərində partlayış olub


Türkmənistandan Rusiyaya gedən qaz kəmərində partlayış olub. Qaz nəqli partlayışdan sonra dayanıb.

Türkmənistan rəsmiləri bildiriblər ki, partlayış Türkmənistan-Özbəkistan sərhədləri yaxınlığında baş verib. Kəmərin bərpasına azı 3 gün tələb olunacaq.

Türkmənistan Rusiyaya ildə 50 milyard kubmetr qaz ixrac eləyir. Rusiya isə bu qazı əsasən Avropaya satmaq üçün istifadə eləyir. Çünki, "Qazprom"un Rusiyadakı yataqlarında hasilat çox azdır, yeni yataqların işlənməsinə isə 2015-ci ildən başlanacaq.
XS
SM
MD
LG