Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 15:28

Gürcüstanda müxalifətin kütləvi yürüşü davam edir


Gürcüstanda müxalifətin kütləvi nümayişi davam edir. Müxalifət prezident Mixail Saakaşvili geri çəkilənəcən nümauişləri davam etdirməyi planlaşdırır.

Birləşmiş Gürcüstan hərəkatının lideri Eka Beseliya deyib ki, nümayişlər ölkənin bütün iri şəhər və qəsəbələrində keçiriləcək.
Hərəkat liderlərindən olan, keçmiş Müdafiə naziri İrakli Okruaşvili bildirib ki, nümayişdə iştirak etmək üçün hazırda olduğu Fransadan qayıtmayacaq, ancaq ölkəyə ayın sonunadək geri dönəcək.

2 il bundan öncə Gürcüstanda keçirilən nümayişlər polis tərəfindən güclə dağıdılmışdı.
Həmin hadisədən 2 ay sonra Saakaşvili yenidən Gürcüstanın prezidenti seçildi.
XS
SM
MD
LG