«NATO ölkələri öz nüfuzlarından istifadə edib Ermənistana müraciət etsinlər, Azərbaycanın işğal altında olan torpaqlarında yanğınların qarşısını alsınlar.» Bunu Azərbaycan Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev Bakıda NATO-nun 60 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
Etibar Mirzəyev yanğınların ekologiyaya ciddi zərbə vurduğunu bildirib. Deyib ki, yanğın törədilən ərazilər işğal altında olduğu üçün Azərbaycanın FHN fövqəladə halların qarşısını ala bilmir.
Etibar Mirzəyev yanğınların ekologiyaya ciddi zərbə vurduğunu bildirib. Deyib ki, yanğın törədilən ərazilər işğal altında olduğu üçün Azərbaycanın FHN fövqəladə halların qarşısını ala bilmir.