Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:52

Neft Emalı Zavodunda yanğın olub


Bakıdakı Neft Emalı Zavodunda yanğın baş verib. Yanğın səhər saat 9:30 radələrində zavodun Keşlə qəsəbəsindəki sexlərindən birində baş verib.

Yanğın güclü olduğundan 3 saylı çağırış elan olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.

ANS PRESS-in məlumatına görə, yanğın artıq söndürülüb. Ancaq ərazidə çoxlu sayda polis, yanğınsöndürən, təcili yardım maşını var.

Şahidlərin bildirdiyinə görə, yanğın nəticəsində xəsarət alanlar var.

Yanğının köhnə sexlərdən birində aparılan qaynaq işlərindən yarandığı bildirilir.
XS
SM
MD
LG