Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:53

Kastro və Putin Qərbdə ən qeyri-populyar liderlərdir


Bir çox liderlərin öz ölkələrində reytinqinin düşməsi qlobal maliyyə böhranı ilə izah edilir
Bir çox liderlərin öz ölkələrində reytinqinin düşməsi qlobal maliyyə böhranı ilə izah edilir
Dünyada ən populyar liderlər ABŞ prezidenti Barak Obama (80%), Tibetin mühacirətdəki dini lideri Dalay Lama (74%) və Almaniya kansleri Angela Merkeldir (51%). Bu, «Harris İnteractive» araşdırma agentliyinin «France 24» kanalı və «İnternational Herald Tribune» qəzeti üçün apardığı sorğunun nəticəsidir.

Araşdırma Amerika və beş Qərbi Avropa ölkəsində aparılıb. Dünyada ən populyar liderlər sıralamasında daha sonra Fransa prezidenti Nikola Sarkozi, Britaniyanın keçmiş Baş naziri Toni Bleyr, Roma papası 16-cı Benedikt, Britaniyanın hazırkı Baş naziri Qordon Braun, Rusiyanın Baş naziri Vladimir Putin, BMT-nin Baş katibi Ban Ki Mun gəlir.

Araşdırmaya görə, Roma papası 16-cı Benediktin dünyadakı reytinqi xeyli düşüb. Papaya olan rəğbətin azalması onun bəzi təməlçi yepiskopları vəzifələrinə bərpa etməsi ilə əlaqələndirilir.

Bir çox liderləri dünyada və öz ölkələrində fərqli qəbul edirlər. Məsələn, Fransa prezidenti Nikola Sarkozi və Britaniyanın Baş naziri Qordon Braunun öz ölkələrindəki populyarlığı dünyadakı reytinqlərindən daha aşağıdır. Amma Barak Obama öz ölkəsində də çoxluğun rəğbətini qazanmaqda davam edir.

Bir çox liderlərin öz ölkələrində reytinqinin düşməsi qlobal maliyyə böhranı ilə izah edilir.

Qərbdə ən qeyri-populyar lider Kubanın keçmiş rəhbəri Fidel Kastrodur. Kastrodan sonra Vladimir Putin gəlir. Respondentlər Çin prezidenti Hu Cin Tao və Rusiya prezidenti Dmitri Medvedev haqqında da yüksək fikirdə deyil.
XS
SM
MD
LG