Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:24

Litva prezidenti: «Litva bundan sonra da Azərbaycanın etibarlı müttəfiqi olacaq»


Bakıda səfərdə olan Litva prezidenti Valdes Adamkus mayın 8-də Azərbaycanın dövlət başçısı İlham Əliyevlə enerji, nəqliyyat, xüsusən də Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması məsələlərini müzakirə edib. Ölkə başçılarının keçirdikləri birgə brifinqdə prezident V.Adamkus bildirdi ki, onun ölkəsi Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməyə hazırdır. Prezidentlərin görüşündə iki ölkə arasında iqtisadi komissiyanın yaradılması barədə də razılıq əldə edilib.


Brifinqdə prezident V.Adamkus əlavə etdi ki, Avropa Birliyinin üzvü olan Litva hesab edir ki, bu təşkilat Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılmasında vasitəçi kimi öz rolunu oynamalıdır: «Beynəlxalq məsələlərdə Litva indiyə qədər Azərbaycanı necə dəstəkləyibsə, bundan sonra da etibarlı müttəfiqi olaraq qalacaq».


İlham Əliyev isə Avropa təsisatlarına sürətlə inteqrasiya məsələsində Litvanın təcrübəsindən bəhrələnməyi məqsədəuyğun hesab etdiyini dedi.


Prezidentlərin görüşündə iki ölkə arasında invesitisiyaların qarşılıqlı təşviqi və müdafiəsini nəzərdə tutan saziş və ölkə başçılarının birgə bəyanatı imzalandı.


Litva prezidenti Valdes Adamkus ilk dəfədir ki, Azərbaycana rəsmi səfər edir. İyunun 9-da iki ölkənin iş adamlarının biznes forumu keçiriləcək. Günün ikinci yarısında Litva prezidentinin Azərbaycana səfəri başa çatacaq.


XS
SM
MD
LG