Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:15

Iran AB-la dialoqa hazır olduğunu deyir


İran Birləşmiş Ştatlarla dialoqa hazırdaır, amma Barak Obama hökumətindən siyasətdə real dəyişiklik istəyir.

Bunu İran prezidenti Mahmud Əhmədinijad bu gün İsfahanda deyib.

O deyib ki, yeni Amerika hökuməti İrana münasibətdə ədalətli istək nümayiş etdirməlidir.

Lakin o konkret addımlar barədə bir şey deməyib.

ABŞ prezidenti Barak Obama dəfələrlə İranla birbaşa danışıqlara hazır olduğunu bəyan edib.

Hazırda ABŞ-la İran arasında diplomatik münasibətlər yoxdur.
XS
SM
MD
LG