Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:18

S. Lavrov: «Moldovada baş verənlər suverenliyi pozmaq məqsədi daşıyıb»


Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov hesab edir ki, Moldovada baş verən iğtişaş ölkənin suverenliyini pozmaq məqsədi daşıyıb. Lavrov Moldovanın Rumıniya ilə birləşməsinə maraqlı olan qüvvələrə işarə ilə deyib ki, «qanun-qaydanı pozan təşkilatçıların əllərində çoxlu sayda Rumıniya bayrağı olub».

S. Lavrov deyib ki, «Rusiya ümid edir ki, sağlam məntiq üstün gələcək, və yaxın günlərdə ictimai və konstitusional quruluş bərpa olunacaq».

Bununla belə, Rusiyanın «Ria Novosti» xəbər agentliyinin məlumatına görə Moldova Rumıniya səfirini ölkəsində persona non-qrata elan edib və 24 saat verib ki, ölkəni tərk etsin.
XS
SM
MD
LG