Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:06

İranın nüvə proqramı Londonda müzakirə olunur


Dünyanın 6 güc dövləti İranın nüvə proqramını müzakirə eləmək üçün aprelin 8-də Londonda görüşür. Amerika Dövlət Departamenti bildirib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya yüksək səviyyəli diplomatlarını bu görüşə göndərib.

Görüşdə İranın uranı zənginləşdirməyi dayandırmayacağı və danışıqlara qayıtmayacağı təqdirdə, Tehrana qarşı əlavə BMT sanksiyaların qoyulması da müzakirə olunacaq.

İran dəflərlə bəyan edib ki, onun nüvə proqramı dinc məqsədlidir və nüvə silahının hazırlanmasına yönəlməyib.
XS
SM
MD
LG