Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 03:23

ABŞ prezidenti iraqlıları barışığa nail olmağa çağırıb


Amerika prezidenti Barak Obama İraq fraksiyalarını siyasi barışığa nail olmağa və ölkə üzərində məsuliyyəti üzərinə götürməyə çağırıb.

Obama aprelin 7-də Türkiyədən sonra İraqa gözlənilməz səfər edib, beş saata yaxın bu ölkədə olub.

İraqın baş naziri Nuri əl-Maliki ilə görüşən B. Obama deyib ki, növbəti 18 ay seçkilərə görə İraqın sabitliyi üçün «ağır» keçəcək.

Hazırda İraqda 140 minə yaxın Amerika qoşunu var.
XS
SM
MD
LG