Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Zəlzələdə ölənlərin sayı 250-ə çatıb


İtaliyada aprelin 6-da baş verən zəlzələdə ölənlərin sayı 250-ə çatıb. 1500 yaralı var. On minlərlə adam evsiz qalıb.

Xilasedicilər zəlzələdən 40 saat ötməsinə baxmayaraq, dağıntılar altından sağ qalmış 20 yaşlı gənc qadını çıxarıblar.

İtaliyanın baş naziri Silvio Berluskoni deyib ki, xilasetmə işləri daha 2 gün də aparılacaq. Nazirin göstərişi ilə zəlzələdə evlərini itirənlər üçün çadırlar və mətbəxlər qurulub.

İtaliyanın mərkəzində baş verən zəlzələ 6.2 bal gücündə olub.
XS
SM
MD
LG