Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:42

Rumın nazirin səfəri təxirə salınıb

Rumıniyanın xarici işlər naziri Kristian Dyakoneskunun Azərbaycana səfəri təxirə salınıb.
Bu barədə «İnterfax-Azərbaycan» agentliyinə Rumıniya səfirliyindən deyiblər.

Səfərin təxirə salınması nazirin Buxarestdə keçirəcəyi vacib görüşlərlə əlaqədardır.

Rumıniyalı nazirin aprelin 8-9-da Azərbaycan prezidenti, baş nazir, XİN, parlament spikeri ilə görüşləri nəzərdə tutulmuşdu.
XS
SM
MD
LG