Keçid linkləri

Təcili xəbərlər
2022, 26 Yanvar, çərşənbə, Bakı vaxtı 03:45

Perunun keçmiş prezidenti 25 il həbs cəzası alıb


Perudakı xüsusi məhkəmə aprelin 7-də keçmiş prezident Alberto Fucimorinin 25 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 70 yaşlı Fucimori insan haqlarına qarşı cinayətlərdə ittiham edilib.

Məhkəmə onu 1990-2000-ci illərdə prezidentliyi dövründə 25 nəfərin ölümünə fərman verməkdə günahlı bilib.

Fucimori 2007-ci ildə hakimiyyətdə sui-istifadə ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilib. Həmin cəza müddətini çəkərkən bu gün ona daha 25 illik həbs cəzası çıxarılıb.
XS
SM
MD
LG