Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:34

Moldovada prezident sarayı və parlamentə hücum edildi (Video)


Moldovada gənclərin mitinqi, 7 aprel 2009.
Moldovada gənclərin mitinqi, 7 aprel 2009.
Moldovada mitinqçilər prezident sarayının və parlament binasının şüşələrini sındırıbalr. Əsasən gənclərdən ibarət olan 10 000 nəfərdən çox adamın prezident sarayı qarşısında keçirdiyi etiraz aksiyası aprelin 7-də zorakılığa çevrilib. İlkin məlumatlara görə polis və mitinqçilər arasında 40-dan çox adam yaralanıb.

Məlumat hadisənin videosundan sonra davam edir.
Moldovada etiraz aksiyasının videogörüntüləri
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00
Direct-ə keçid


Mitinqçilər bazar günü keçirilən parlament seçkisinin elan olunan nəticələrinə etiraz edirlər.

Seçkidə prezident Vladimir Voronin rəhbərlik etdiyi Kommunist partiyasının 50%-dən çox yerə sahib olduğu bildirlir. Rəsmi məlumata görə, Kommunist partiyası 101 nəfərlik parlamentdə yerlərin 61-i qazanıb.

Moldovada parlament çoxluğu həm də prezidenti seçmək hüququna malikdir. Qüvvədə olan Konstitusiya isə iki dəfə dalbadal prezident olmuş Voroninin üçüncü dəfə prezident seçilməsinə imkan vermir.

“Azadlıq” radiosunun Kişinauda olan müxbiri Lulian Ciocan gündüz, gördüyü vəziyyəti bu cür təsvir edirdi:

- Burada minlərlə gənc binanın birinci və ikinci mərtəbələrində pəncərələrin şüşələrini sındırıb, yardımçı otaqlara daxil olublar. Onlar nəyisə yandırıblar. Pəncərələrdən tüstü çıxır. Polis onları binanın pilləkənlərində dayandırmağa çalışır. Polis mitinqçilərə qarşı su şırnaqlarından istifadə edir.

Prezident Vladimir Voronin paytaxtda baş verən hadisələrlə bağlı hökumətin təcili iclasını keçirib və orada hadisələri bu cür qiymətləndirib: "Bu əməliyyat yaxşı hazırlanıb, yaxşı düşünülüb və görünür bunun üçün yaxşı pullar da ödənilib."

Paytaxtda baş verənləri qiyam adlandıran Voronin televiziya ilə çıxışında hakimiyyət orqanlarının tərəddüdsüz olaraq dövləti qoruyacaqlarını bildirib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə nümayəndəsi Haviyer Solana etiraz aksiyası iştirakçılarını zorakılıqlardan çəkinməyə, hökukməti isə dinc mitinqlərin davam etməsinə icazə verməyə çağırıb.

Rusiya da Kişinaudakı vəziyyətdən narahat olduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG