Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 08:44

Qara kürü ixracı dayandırılıb


Azərbaycan qara kürü ixracını dayandırıb. Bu barədə Azadlıq Radiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Tariyel Məmmədov bildirib.

Onun sözlərinə görə, Xəzərin Su Bioresursları Komissiyası hələlik qara kürü üçün kvotanı müəyyən etməyib. Bu komissiyaya sədrliyi hazırda İran edir.

T. Məmmədov deyir ki, yaxın bir ayda komissiya qərarını verəcək.

Ötən il bu kvota 6 ton 600 qram olub. Hər il üçün müəyyən olunan bu kvota ilin sonuna qədər qüvvədə olur.
XS
SM
MD
LG