Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Baraka Obamaya sui-qəsd hazırlayan şəxs tutulub


Türkiyədə Amerika prezidenti Barak Obamaya sui-qəsd hazırlamaqda şübhəli bilinən bir nəfər həbs olunub. Bu barədə Obamanı mühafizə edən, Amerika Məxfi Xidmətinin sözçüsü Ed Donovan deyib.

Onun sözlərinə görə, şübhəli şəxs Obamanın Türkiyəyə səfərindən iki gün əvvəl tutulduğundan, Obamaya qarşı təhlükə olmayıb.

Xüsusi xidmət orqanı saxlanılan haqda əlavə məlumat verməkdən imtina ediblər.

Beynəlxalq qaydalara görə, Amerika tərəfi hadisəylə bağlı Türkiyə hökumətindən ətraflı məlumat tələb edəcək.
XS
SM
MD
LG