Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:24

Tələbələrin aksiyası davam edir


Müstəqil Azərbaycan Universitetinin tələbələri aclıq aksiyasını davam etdirir. İyunun 7-də universitetin rəhbərliyi tələbələri ali məktəbin binasının əsas korpusuna keçirmək istəsə də, aksiyaçılar buna etiraz ediblər. Aksiyada iştirak edən 3-cü kurs tələbəsi Xalid Qarayev: «Qarışıqlıq olmasın deyə, aksiyaya təzə qoşulanların qarşısını almaq üçün uşaqları əsas korpusa köçürmək istəyirdilər, ancaq onlar bundan imtina etdi».


Cənab Qarayev tələbələrə qarşı heç bir zorakılıq olmadığını da deyir.


İyunun 7-də tələbələrdən dördünün səhhəti pisləşib, Elnur Məmmədova ilkin tibbi yardım göstərilib.


Həmin gün aclıq edən tələbələrə hüquq müdafiəçilərindən Rəna və Murad Sadəddinovlar baş çəkib.


Təhsil Nazirliyi qanunsuz tələbə qəbulu etmək ittihamı ilə Müstəqil Azərbaycan Universitetinin lisenziyasını ləğv etdikdən sonra, həmin ali məktəbin bir qrup tələbəsi başqa universitetlərə bərpa olunmaq tələbiylə iyunun 1-dən aclıq aksiyası keçirir.


Təhsil Nazirliyinin mövqeyinə görə, sonuncu kursda təhsil alanlar oxuduqları universitetdən diplom ala biləcəklər, 3-cü kursda oxuyanlar başqa ali məktəblərə köçürüləcək, 2-ci kurs tələbələrinin isə təhsillərinin qanuna uyğun olub-olmadığını məhkəmələr araşdıracaq.


Tələbələrsə deyir ki, tələbləri tam yerinə yetirilməyənəcən aclığı davam etdirəcəklər.


XS
SM
MD
LG