Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:41

Putin: "Böhran hələ qurtarmayıb"


Rusiyanın baş naziri Vladimir Putin parlamentə hesabatında deyib ki, iqtisadi böhrana görə Rusiya üçün bu il çətin olacaq.
Putin xəbərdarlıq edib ki, qlobal böhran hələ başa çatmayıb.

Onun sözlərinə görə, Rusiyada bank böhranı qaçılmaz idi, ancaq qabağı alınıb.

O deyib ki, 90 milyard dollarlıq iqtisadiyyata yardım paketi ölkəni böhrandan xilas edə bilər.

Putin həmçinin deyib ki, Rusiyanı qaz danışqlarından kənarda qoymaq əks nəticə verən addımdır.
Rusiyada 9 illik iqtisadi artımdan sonra bu ilin birinci rübündə daxili məhsul illik hesabla 7 faiz aşağı düşüb.
XS
SM
MD
LG