Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 18:09

Lənkəranda Beynəlxalq çay festivalı keçiriləcək


Yaxın aylarda Lənkəranda Beynəlxalq çay festivalı keçiriləcək. Bu məlumatı Astara rayon Çay Assosiasiyasının prezidenti Nizami Rəsulov «Azadlıq» radiosuna bildirib.

Beynəlxalq festivalda Çin, Hindistan, Şiri-lanka və digər çay istehsal edən ölkələrin nümayəndələri iştirak edəcəklər.

Festivalda dünyada çay istehsalı ilə bağlı mövcud olan problemlərdən danışılacaq. Eyni zamanda Azərbaycanda çay istehsalının artırılması istiqamətində söhbətlər gedəcək.

Sonuncu Beynəlxalq çay festivalı Gürcüstanda olub. Həmin festivalda Lənkəranın «Fərmançay», «Hirkançay» quru çayları Gürcüstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mükafatını almışdı.

Azərbaycanını quru çaya olan illik tələbatı 15-20 min tondur. Ölkədə isə ildə 120 ton quru çay istehsal olunur. Hazırda çay istehsal edən beş rayonun ikisində plantasiyalar tamamilə dağıdılıb, 15 çay fabrikindən 5-i işləyir. Ötən il Astarada cəmi 215, Lənkəranda 32 ton yaşıl çay yarpağı yığılıb.
XS
SM
MD
LG