Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:30

Hillari Klinton «Azadlıq» radiosunun əməkdaşları ilə görüşdü


Hillari Klinton "Azadlıq" radiosunun qonağıdır. 5 aprel 2009
Hillari Klinton "Azadlıq" radiosunun qonağıdır. 5 aprel 2009
ABŞ prezidenti Barak Obama ilə birlikdə Praqaya gələn Dövlət Katibi Hillari Klinton aprelin 5-də Azadlıq və Azad Avropa Radioları Korporasiyasının yeni binasında radionun əməkdaşları ilə görüşdü.

Dövlət katibi radionun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi. Hillari Klinton qeyd etdi ki, “Azadlıq” radiosunun verilişlər yaydığı ölkələrin bəzilərində jurnalistlər təzyiqlərə məruz qalır, həbs edilirlər, amma bu cür ağır şəraitə baxmayaraq, radionun əməkdaşları öz vəzifələrini şərəflə və yüksək peşəkarlıqla yerinə yetirirlər: “Mən bura gəlmişəm ki, buna görə sizlərə öz minnətdarlığımı bildirim” – deyə xanım Klinton əlavə edib.

Bu, Hillari Klintonun “Azadlıq” radiosuna ikinci səfəridir. 1996-cı ildədə o, Birinci xanım kimi həyat yoldaşı, prezident Bill Klinyonla birlikdə Praqaya gələrkən də “Azadlıq” radionun əməkdaşlarına baş çəkmişdi.

Səmimi və qeyri-formal ünsiyyət şəraitində keçən bi dəfəki görüşdə xanım Klinton 13 il əvvəlki səfərini xatırladı. Dedi ki, o zaman çıxışında demokratik dəyərlərin dünyada yayılmasının əhəmiyyətindən danışıb. Bu məqsəd hələ də öz aktuallığını itirməyib və bu mənada ”Azadlıq” radiosu əhəmiyyətli bir qurum olaraq qalır.

Hillari Klintonun jurnalistlərlə görüşündə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşları da iştirak edirdilər. Xanım Klintonla qeyri-formal görüşə radionun bir çox əməkdaşı ailə üzvləri ilə birlikdə gəlmişdi.

Dövlət katibinin bu səfəri radionun yeni binası ilə tanışlıqla yanaşı, həm də “Azadlıq” radiosunun fəaliyyətinə ABŞ administrasiyasının diqqətinin göstəricisi kimi qiymətləndirilir.




Fotosessiya: Praqa 5 aprel 2009 - Hillari Klinton Azadlıq Radiosunun Praqadakı yeni mənzil-qərargahını ziyarət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG