Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:46

Yap de Hoop Sxeffer NATO-nun rolunu yüksək qiymətləndirib


NATO-nun sammiti Strasburqda davam edir.

Təşkilatın baş katibi Yap de Hoop Sxeffer sammitin açılışında deyib:

,,NATO 60 il ərzində sülh və azadlığın qorunması , öz vətəndaşlarının inkişafında misilsiz işlər görüb.
Bu ümumi məqsədlər üçün aydın düşüncə tərzində birləşmiş trans-atlantik cəmiyyəti çərçivəsində nəyə qadir ola bilməkdən xəbər verir,,


Fransa prezidenti Nikola Sarkozi isə ölkəsinin yenidən NATO-ya döndüyünü bəyan edib.

ABŞ prezidenti Barak Obama NATO-nun digər ölkələrin üzünə açıq olduğunu deyib.

Barak Obama Almaniyanın kansleri Angela Merkel və digər NATO ölkələri liderləri bu gün birlik nümayiş etdirmək üçün Almaniyayla Fransanı birləşdirən korpünü piyada keçiblər.

NATO-nun 60 illiyilə bağlı 2 günlük sammit Almaniyanın Kehl və Fransanın Strasburq şəhərlərində keçirilir.

Bu şəhərləri bir-birindən Reyn çayı ayırır.

Bu gün əsasən İttifaqa yeni katib, Əfqanıstandakı vəziyyət və NATO-nun gələcəyiə bağlı üzv ölkələr arasındakı fikir ayrılıqları müzakirə olunur.
XS
SM
MD
LG