Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:16

Barak Obama Almaniyayla Fransanı birləşdirən körpünü piyada keçib


ABŞ prezidenti Barak Obama, Almaniyanın kansleri Angela Merkel və digər NATO ölkələri liderləri bu gün birlik nümayiş etdirmək üçün Almaniyayla
Fransanı birləşdirən korpünü piyada keçiblər.

NATO-nun 60 illiyilə bağlı 2 günlük sammit Almaniyanın Kehl və Fransanın Strasburq şəhərlərində keçirilir.

Bu şəhərləri bir-birindən Reyn çayı ayırır.

Bu gün əsasən Əfqanıstandakı vəziyyət və NATO-nun gələcəyiə bağlı təşkilata üzv ölkələr arasındakı fikir ayrılıqları müzakirə olunur.

Bir sıra Avropa ölkələri Əfqanıstanda qarşıdan gələn seçkilərə görə bu ölkəyə əlavə qüvvələr göndərməyi vəd edib.

ABŞ hökuməti deyir ki, Əfqanıstandakı xərcləri tək öz böynuna götürə bilməz.

NATO-nin Əfqanıstanda qələbə çala bilməsi təşkilatın 60 illik tarixində vacib cınaq hesab olnur.
XS
SM
MD
LG