Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:18

Pakistanda azı 13 adam ölüb


Pakistanın şimal-qərbində raket zərbəsi nəticəsində azı 13 adam ölüb,8 nəfərsə yaralanıb.

Güman edilir ki, raketi Amerikanın pilotsuz təyyarəsi buraxıb.

Pakistan kəşfiyyatının verdiyi məlumata görə ölənlərin arasında dinc sakinlər də var.

Zərvə cənubi Vəziristandakı evlərdən birinə vurulub.

Amerika ordusu vaxtaşırı Pakistanın Əfqanıstanla sərhəd bölgəsində yerləşən bölgələrində yaraqlılara qarşı bu cür əməliyyatlar aparır.

Pakistanın hakim dairələri isə buna qarşı çıxır, bu cür əməliyyatlarda daha çox dinc sakinlərin öldüyünü deyir.
XS
SM
MD
LG