Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi yerləşdiyi binadan çıxarıla bilər. Birliyin rəyasət heyətinin üzvü İradə Abbasın «Azadlıq» radiosuna verdiyi məlumata görə, aprelin 3-də Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı birliyin yerləşdiyi Xətai rayonu Ramiz Quliyev küçəsi 2 ünvanına gəlib və aprelin 4-ü günorta saatlarınadək ofisi tərk etmələrini tələb ediblər. Birliyin üzvləri bu xəbərdarlığı narazılıqla qarşılayıb. İradə Abbas deyir ki, 64 min üzvü olan təşkilat təsis olunan gündən – 1994-cü ildən bu ofisdə yerləşir:
«Bizim bu ofisi tərk etmək fikrimiz yoxdur».
Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə «Azadlıq» radiosuna deyib ki, təşkilatın yaydığı məlumat həqiqətəuyğun deyil: «Onların ofislərindən çıxarılması məsələsi gündəmdə deyil. Heç kim onları ofislərindən çıxarmayacaq».