Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Almaniyada NATO-nun sammiti açılıb


NATO alyansı özünün 60 illiyi ilə bağlı sammitini aprelin 3-ü axşam saatlarında Almaniyanın Baden-Baden şəhərində açıb. Açılış konsert proqramı və NATO ölkələri liderləri üçün axşam yeməyi ilə başalayıb.

Axşam yeməyində liderlərin bu alyansın yeni baş katibinin kim olacağını müzakirə edəcəklər. İndki baş katib Yaap de hoop Skefferin yerinə Danimarkanın baş naziri Anders Fogh Rasmussen namizədliyini verib.

İki günlük sammitə iki ölkə - Almaniyanın Kehl və onun qonşusu olan Fransanın Strasburq şəhərləri ev sahibliyi edir.

Müzakirə olunan əsas məslələr Əfqanıstanda və Pakistanda vəziyyət, alyansın Rusiya ilə münasibətləridir.
XS
SM
MD
LG