Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:03

Yüklərin Əfqanıstana Özbəkistanla daşınması üçün razılaşma imzalanıb


ABŞ-dan verilən məlumata görə Əqafanıstana qeyri-hərbi yüklərin Özbəkistan ərazisi ilə daşınması üçün bu ölkə ilə razılaşma imzalanıb.

Pentaqonun sözçüsü Brayn Vitmanın verdiyi məlumata görə razılaşma Əfqanıstana ərzaq, tibbi ləvazimatlar və tikinti materiallarınn daşınmasını əhatə edir. Yüklər Özbəkistanın quru və hava yollarından istifadə edilməklə daşınacaq.

Pakistan ərazisi ilə daşınma zamanı yaraqlılar tez-tez hücum etdiklərindən ABŞ və NATO rəsmiləri Əfqanıstana yüklərin Orta Asiya vasitəsilə çatdırılması üçün alternativ yollar axtarırlar.
XS
SM
MD
LG