
Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Şuranın sədri Azay Quliyev bildirib. O qeyd edib ki, Şuranın 2009-cu il üçün elan etdiyi qrant müsabiqəsinə 569 layihə təqdim olunub. Büdcədən ayrılmış 2 milyon 68 min manat vəsaitin əsas hissəsinin taleyi də artıq məlumdur:
«14 prioritet istiqamət üzrə təqdim olunan 226 layihəyə ayrılan vəsaitin ümumi məbləği 1 milyon 848 min manatdır».
A. Quliyev deyir ki, büdcə vəsaitinin qalan hissəsi il ərzində təqdim olunan ən innovativ layihələrə ayrılacaq.
Şura sədri qaliblərin adlarının Şuranın web-səhifəsində yerləşdirildiyini deyib.

A. Quliyev ekspertlərin kimliyinin sirr saxlanmasını belə izah edir:
«Biz QHT-lərin ekspertlərlə təmasa girərək hansısa sövdələşmələrə girməsini istəmirik».
Şuranın sədri də, üzvü də deyir ki, dövlət dəstəyi alan təşkilatların hakimiyyətə münasibəti önəm daşımır.
Diskussiyanı audio formatda dinləyin.