Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:23

Müxalifət Ukraynadakı mitinqə 20 000-ə yaxın adam toplayıb


Martın 3-də Ukrayna müxalifəti 20 000-ə yaxın adamın iştirakı ilə mitinq keçirib. Onlar iqtisadi böhranla mübarizədə hökumətin işini yarıtmaz adlandırıblar.

Rusiya meylli müxalifətin hökumət binası qarşısında təşkil etdiyi mitinqdə hökumətin və prezidentin istefası tələb edilib.

Mitinqi Moskvaya meylli Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionalr partiyası təşkil edib. Yanukoviç növbəti prezident seçkilərində namizəd kimi yarışa hazırlaşır. Yanukoviç ölkədə erkən prezident və parlament seçkilərinin keçirilməsini istəyir.

Bir neçə gün əvvəl Ukraynada növbəti prezident seçkilərinin bu il oktyabrın 25-də keçirilməsi barədə qərar verilib.
XS
SM
MD
LG