Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 20:57

«Nuşirəvan müəllim, ifadələrinizə fikir verin»


MTRŞ sədri Nuşirəvan Məhərrəmli deputatların qanundan xəbəri olmadığını söyləyib
Aprelin 3-də keçirilən iclasında Milli Məclis «Televiziya və radio yayımı haqqında» qanuna əlavə və dəyişiklikləri müzakirə edib.

Millət vəkilləri televiziya aparıcılarının səviyyəsinin zəif olduğun bildiriblər.
Spiker Oqtay Əsədov da onlarla razılaşaraq Milli Teleradio Şurasının (MTRŞ) aparıcılar üçün attestasiya keçirməsini və ya kurslar təşkil etməsini münasib olduğunu deyib.

Səslənən fikirlərə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə deputatların qanundan xəbəri olmadığını söyləyib. O, təəssüfləndiyini bildirib ki, millət vəkilləri özləri qəbul etdikləri qanuna belə yanaşırlar.

Sonra şura sədri qanuna edilən dəyişikliklər barədə məlumat verib. Spiker Oqtay Əsədovun şura sədrinin dediklərinə münasibəti belə olub:

«Nuşirəvan müəllim, siz Milli Məclisə gəlmisiniz, parlamentdə danışırsınız. Mən indi görürəm ki, televiziya aparıcılarının danışığı niyə zəifdir. Bu birbaşa MTRŞ-yə aiddir. Bura gəlib bizə deyirsiniz ki, «başa düşmürsünüz». Bir balaca ifadələrinizə fikir verin. Bura Milli Məclisdir, belə səhvlərə yol verməyin. Burda oturanların hər biri sizdən yaxşı başa düşürlər».

Daha sonra «Televiziya və radio yayımı haqqında» qanuna əlavə və dəyişikliklər qəbul olunub.

Nuşirəvan Məhərrəmli iclasdan sonra jurnalistlərə deyib ki, o, o heç də bütün deputatları deyil, yalnız müxalifətdən olan millət vəkillərini nəzərdə tuturdu.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG