Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Deputatlar işsizliyin bəlaya çevrildiyini deyirlər


Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı Müsavat deputat qrupunun üzvləri İkram İsrafil və Pənah Hüseyn ölkədə işsizliyin bəlaya çevrildiyini bildiriblər.

İ.İsrafil deyib ki, Sumqayıtın yaxın zamanlara qədər işləyən sənaye müəssisələri – «Azəralüminium» və «Azərboru» səhmdar cəmiyyətləri işçilərini ödənişsiz uzunmüddətli məzuniyyətə göndərib:

«Aprelin 2-də işçilər müəssisələrin qarşısına toplaşaraq bunun səbəbini aydınlaşdırmaq istəsələr də, rəsmi səviyyədə onlara heç bir cavab verilməyib. «Azərkimya» şirkətinin işçiləri də 3 aydır əməkhaqqı almır. Əslində iş yeri olan 10 minə qədər insan indi taleyin ümidinə buraxılıb. Hökumət bu məsələ ilə ciddi şəkildə maraqlanmalıdır».

Pənah Hüseyn isə bildirib ki, Bakıdan bölgələrə işçilərin ixtisar edilməsi ilə bağlı məktublar göndərilir. Millət vəkili hökuməti prosesin qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırıb.

Azərbaycanın dövlət rəsmiləri isə dəfələrlə bildirirlər ki, qlobal maliyyə böhranı ölkəyə ciddi təsir göstərməyib.
XS
SM
MD
LG