Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 01:35

«Böyük 20-in görüşü qlobal maliyyə böhranında bir dönüş nöqtəsi olacaq»


ABŞ prezidenti Barak Obama deyib ki, Böyük 20-in görüşünün qlobal maliyyə böhranında bir «dönüş nöqtəsi» olacağaına ümid edir. Londonda Böyük 20-in görüşündən sonra mətbuat konfransında çıxış edən Obama deyib ki, liderlər böhranı aradan qaldıma və onun bir daha təkrar olunmaması üçün çoxlu sayda tədbirlər planı üzərində razılığa gəliblər.
Böyük 20-liyin liderləri böhranla mübarizə apara bilmək üçün təcili 1.1 trilyon dollar ayırma razılaşıblar.

Üstəlik, qarşıdakı iki ildə də təcili məqsədlər üçün daha 250 milyard dollar ayrılacaq.

Ümumilikdə Böyük 20-lik ölkələri böhranın nəticələrini aradan qaldırmaq üçün 20-10cu ilə qədər dünya iqtisadiyyatına 5 trilyon dollara qədər vəsait xərcləyəcəklər.

XS
SM
MD
LG