Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:51

«İstəyirlər lap 10 dənə məruzəçi təyin etsinlər…»


Milli Məclisdə siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi məsələsi müzakirə olunub

«İstəyirlər lap 10 dənə məruzəçi təyin etsinlər, bunun dəxli yoxdur». Spiker Oqtay Əsədov Avropa Şurasının (AŞ) Azərbaycana siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etməsinə belə münasibət bildirib.

«O, siyasi məhbuslar üzrə məruzəçi deyil. O, 2007-ci ildən sonrakı vəziyyəti araşdıracaq. Buyursun gəlsin. Milli Məclis iki dəfə Amnistiya Aktı qəbul edib, minlər adam azadlığa buraxılıb. İstəyirlər lap 10 dənə məruzəçi təyin etsinlər, bunun dəxli yoxdur. Narahatçılığa dəyməz»-, deyə spiker bildirib.

Oqtay Əsədov deyir ki, məruzəçinin təyin edilməsi beynəlxalq təşkilatın Azərbaycana ikili standartla yanaşmasının nəticəsidir. Onun fikrincə, ikili standart Ermənistana münasibətdə özünü aydın göstərir.

Ana Vətən Partiyasından olan deputat Zahid Oruc Milli Məclisin rəsmi şəkildə AŞ-yə etiraz etməsini təklif etdi.

Müsavat deputat qrupundan millət vəkili Pənah Hüseyn isə siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsini ikili standartlarla bağlı olmadığını, bunun ölkədəki vəziyyəti əks etdirdiyini bildirdi. O, hazırda Azərbaycanda üç jurnalistin həbsdə olduğunu xatırlatdı.

AŞ Kristofer Ştrasseli Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçi təyin edib.

Azərbaycanın bir sıra hüquq müdafiəçiləri hesab edirlər ölkədə 60-dan artıq siyasi məhbus var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG