Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 03:56

NATO sammiti öz işinə başlayır


Aprelin 3-ü NATO sammiti öz işinə başlayır. İki günlük sammit Reyn çayının əks sahillərində yerləşən Fransanın Strasburq, Almaniyanın isə Kehl şəhərlərində keçiriləcək.

NATO-nun 60 illiyi çərçivəsində təşkil olunan bu sammitdə quruma üzv ölkələrin hökumət və dövlət başçıları əsasən təşkilatın üzləşdiyi ümumi və strateji məsələləri, NATO-nun Əfqanıstan strategiyasında irəliləyişləri müzakirə ediləcək. 28 NATO ölkəsi liderləri ittifaqın üzləşdiyi çətinliklər barədə debat aparacaqlar. Fransa rəsmi olaraq quruma tamhüquqlu üzv kimi qəbul olunacaq. Xorvatiya və Albaniya isə 27-ci və 28-ci ölkələr kimi quruma daxil ediləcəklər.

Sammit ərəfəsində isə polisin sammitin keçiriləməsinə etiraz edən nümayişçilərlə toqquşması olub.
XS
SM
MD
LG