Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:12

Böyük 20-liyin liderləri böhranla bağlı razılığa gələ bilmir


Bu günAprelin 2-də, Londonda Böyük 20-liyin liderlərinin böhranla bağlı sammiti başlayıb.

ABŞ prezidenti Barak Obama və tədbirə evsahibliyi eləyən Britaniyanın baş naziri Qordon Braun toplantıda razılaşma əldə olunacağıyla bağlı çox nikbin açıqlamalr veriblər.

Ancaq Fransa və Almaniya rəsmiləri ABŞ-ın böhranla mübarizə üçün daha çox pul xərcləmək çağırışını dəstəkləmirlər. Almaniya və Fransa böhranla mübarizədə daha sərt maliyyə nəzarəti tətbiq edilməsinə tərəfdardırlar.

Britaniyanın Biznes Naziri Piter Mendelson deyib ki, liderlər böhranla mübarizə üçün Beynılxalq Valyuta Fonduna daha çox ayırmağa razdırlar. Amma mübahisəli məsələ odur ki, "nə qədər çox".

Bu arada sammitlə bağlı olaraq qloballaşma əlehydarlarının növbəti aksiyaları da gözlənilir. Aprelin1-də keçirilən aksiyalar polislə etirazçılar arasında toqquşmalarla yadda qalmışdı.
XS
SM
MD
LG