Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Təkrar bələdiyyə seçkilərinin oktyabrda keçiriləcəyi deyilir


Nəticəsi ləğv olunmuş 141 yox, daha artıq bələdiyyəyə seçkilərin keçiriləcəyi istisna olunmur
Nəticəsi ləğv olunmuş 141 yox, daha artıq bələdiyyəyə seçkilərin keçiriləcəyi istisna olunmur

2004-cü il seçkilərindən sonra nəticələri ləğv olunmuş 141 bələdiyyə üzrə təkrar seçkilər bu ilin oktyabrında keçiriləcək. Bu haqda qərarı Mərkəzi Seçki Komissiyası (MSK) verib.


Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin bu həftə qəbul etdiyi qətnamədəsə bildirilirdi ki, hökumət ilin sonuna kimi 141 bələdiyyədə təkrar seçki keçirməsə, bu qurumda Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri dayandırılacaq.


MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyevsə deyir ki, bələdiyyə seçkilərinin yubanmasına səbəb 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri olub. Daha sonra isə mayın 13-də nəticəsi ləğv olunmuş on dairə üzrə keçirilən təkrar seçkilər bələdiyyə seçkilərinin vaxtını müəyyənləşdirməyə imkan verməyib: «Artıq təkrar seçkilərlə bağlı işlər başa çatdığından MSK qərara alıb ki, bələdiyyə seçkiləri keçirilsin. Bu istiqamətdə müzakirələr aparılır. İyunda seçkilərə start veriləcək. Oktyabrda isə seçki keçiriləcək».


Cənab Sarıyevin sözlərinə görə, payızda nəticəsi ləğv olunmuş 141 yox, daha artıq bələdiyyəyə seçkilərin keçiriləcəyi istisna olunmur. Çünki parlamentin qərarı ilə daha bir neçə yeni bələdiyyə yaradılıb.


2004-cü ildə 2131 bələdiyyə üzrə seçki keçirilmişdi. O zaman Dairə Seçki komissiyaları altı, MSK isə 135 bələdiyyədə nəticələri ləğv etmişdi. Azərbaycan qanunvericiliyinə görə, nəticəsi ləğv olunmuş bələdiyyələrdə təkrar seçkilər keçirilənədək köhnə bələdiyyələr fəaliyyət göstərir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG