Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

Üzeyir Hacıbəyovun abidəsi Vyanada


Üzeyir Hacıbəyovun Vyanadakı abidəsi
Üzeyir Hacıbəyovun Vyanadakı abidəsi

İran azərbaycanlıları dəstəklənir


Mayın 19-da İranın rəsmi dövlət qəzeti olan «İran» gündəlik nəşrində azərbaycanlıların təhqir olunduğu bildirilən karikaturanın nəşrindən sonra bu ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb. Dünya Azərbaycanlıları konqresinin sədri Cavad Dirəhti «Azadlıq» radiosuna bildirib ki, dünya azərbaycanlıları da İran azərbaycanlılarının etirazlarını dəstəkləyir. Onun sözlərinə görə, İran azərbaycanlılarının etirazlarına dəstək olaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar etiraz aksiyaları keçiriblər.


Üzeyir Hacıbəyovun Vyanada abidəsi açılıb


Mayın 30-da Vyanada bəstəkar Üzeyir Hacıbəyovun abidəsinin açılış mərasimi olub. Abidənin müəllifi heykəltəraş Ömər Eldarovdur. Avstriyadakı Azərbaycan Akademik Birliyinin nümayəndəsi Elgün Niftəliyev deyir ki, bu il Vyanada Üzeyir Hacıbəyovun ad günü ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Avropada təhsil alan Azərbaycanlı tələbələrin forumu


Mayın 29-30-da Brüsseldə Avropada təhsil alan Azərbaycanlı tələbələrin forumu keçirildi. Forum iştirakçıları beynəlxalq təşkilatlarla əlaqələr yaratmağı və bunları gücləndirməyi qərara aldılar. Bunun üçün Brüsseldə Avropada təhsil alan tələbələri birləşdirən təşkilat yaradılması planlaşdırılır. Bu haqda «Azadlıq» radiosuna forum təşkilatçılarından biri Almaniyanın Maqdeburq universitetinin Konfliktlər və Sülh məsələləri üzrə araşdırma mərkəzində magistraturada oxuyan Vüsal Məmmədli danışıb.


«Qlobus»un qonağı


Finlandiyadan musiqiçi Cahangir Ələkbərov «Qlobus»un qonağı olub. Cahangir Ələkbərov 20 il əvvəl müqavilə ilə Finlandiyaya işləməyə gedib və bu ölkədə qalıb. Hazırda Helsinki yaxınlığındakı Kokkola şəhərində konservatoriyada skripka üzrə dərs deyir. Tələbələrin hazırlanmasında əldə etdiyi uğurlara görə şəhər medalı ilə mükafatlandırılıb. Finlər arasında Azərbaycan musiqisini və mədəniyyətini tanıda bilməsini ən böyük nailiyyəti sayır.


DİNLƏYİN!


XS
SM
MD
LG